“Elə cinayət var ki, bağışlanmır, bu Vətənə xəyanətdir” Ə.H.Bəhmənyar. Azərbaycan xalqının tarixi, qanlayazılmış, zamanın çətin sınaqlarından üzü ağ çıxmışdır. Düşmən qanlı, qorxunc yollara əl ataraq bizim qürurumuzu ayaqlar altında əzmək istəmişdir. Buna nail ola bilməmişdir. XIX-XX əsrlər türk xalqları üçün göz yaşı, sürgün, qanlı faciələrlə zəngin olmuşdur. Daşnaqların böyük ermənistan arzusu ilə bolşeviklərin çar rusiyasını bərpa etmək planları üstüstə düşürdü, ona görədə, Azərbaycanda yaranan milli höküməti susdurmağa çalışırdılar. Erməni və ruslar heç cür Azərbaycan müstəqilliyi ilə barışmaq istəmirdilər, yenə vətənimizin bu çətin anında qardaş Türkiyə köməyə gəldi, əzəli Azərbaycan torpağından Naxçıvan ərazisinin Azərbaycanın tərkibində qalmasında, 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsinin və 1921-ci il oktyabrın 13-də Qarsda imzalanan müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək taleyi bir daha təsdiqləndi. Bölgənin azərbaycanlı əhalisinin və qardaş Türkiyə dövlətinin qətiyyətli səyləri nəticəsində Naxçıvanın Ermənistana birləşdirmək planları puç oldu. Birinci Qarabağ müharibəsindən Azərbaycanın torpaq itkiləri ilə çıxması, 1992-ci ildə mayın 8-də Şuşanın işğal edilməsi ilə Azərbaycan öz tacını itirdi. 30 il ərzində ATƏT və digər təşkilatlar söz oyunu ilə çalışırdılar Azərbaycan öz itkiləri ilə barışsın. Bu məsələnin hərbi yolla həlli mümkünsüzdür deyə bütün dünyaya car çəkirdilər. Azərbaycanın Ulu Öndərinin layiqli davamçısı cənab İlham Əliyev ll Qarabağ müharibəsi və 44 günlük hərbi əməliyyatlarla, bütün dünyaya sübut etdi ki, biz öz torpaqlarımızı azad etməyə qadirik, bunu bütün dünyaya sübut etdik. Həmişə yanımızda olan, bizə dar gündə əl uzadan qardaş Türkiyə və onun rəhbəri R.T.Ərdoğan Azərbaycana qarşı olan diplomatik hücumları dəf edərək, bir daha Azərbaycanın yanında olduğunu sübut elədi.2021-ci il iyun ayında Şuşada imzalanan bəyannamə Şuşanın və bölgənin təhlükəsizlik qarantıdı. Şuşada aparılan danışıqlar onu sübut etdi ki, Türkiyə beynəlxalq aləmdə həmişə Azərbaycanın yanında olacaq, heç bir qüvvə Azərbaycanın tacın ondan ala bilməz. Şuşa bəyannaməsi 100- ildən sonra Tariximizin bərpasıdır. Bəyannamədə açıq şəkildə qeyd olunur ki, əgər dövlətlərdən birinin ərazisinə təhlükə yaranarsa o saat iki dövlət məsləhətləşmələr aparıb birgə hərəkətə keçəcəklər. Şuşada uçurulmuş binanın önündə belə bir sənədə imza atılması bölgədə gözü olan düşmənlərə bir daha xəbərdarlıqdır ki, siz nə qədər xarabalığa çevirsənizdə biz onu azad edəcəyik. Gələcəkdə nələr olacağını zaman göstərəcək. Şuşa Bəyannaməsi düşmənə göz dağı dosta qələbə müjdəsi verdi. Türk oğlu türk çox mümkünsüzləri mümkünə döndərib.Sabir QASIMOV,Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi